Bank Of Baku

Ali Məhkəmənin növbəti Plenumu keçirilib

Ali Məhkəmənin növbəti Plenumu keçirilib
# 26 yanvar 2010 15:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Yanvarın 25-də Ali Məhkəmənin növbəti Plenumu keçirilib. Ali Məhkəmənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sədr Ramiz Rzayev bildirib ki, 2009-cu il ərzində Azərbaycanda məhkəmə-hüquq sahəsində inkişaf davam etdirilib. Dövlət başçısı İlham Əliyevin fərmanına uyğun olaraq Ali Məhkəmədə informasiya texnologiyaları şöbəsi yaradılıb və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində bir sıra addımlar atılıb. R. Rzayev deyib ki, Ali Məhkəmədə baxılan işlərin keyfiyyəti yaxşılaşıb. Əvvəlki illərlə müqayisədə 2009-cu il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib.
Plenumda Ali Məhkəmənin məhkəmə kollegiyaları sədrlərinin 2009-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları da dinlənilib.

Məruzələrdə qeyd olunub ki, Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasında və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 2009-cu ildə baxılan işlər və daxil olan müraciətlər 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, mülki işlər üzrə məhkəmə kollegiyasında 14,6 faiz, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 28,9 faiz artım olub. Cinayət işləri üzrə məhkəmə kollegiyasında 7,7 faiz, hərbi işlər üzrə məhkəmə kollegiyasında isə 13,1 faiz azalma qeydə alınıb. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olan işlərin sayı 10,8 faiz artıb.
Məruzələrdə o da bildirilib ki, 2009-cu ildə Ali Məhkəmədə 4 min 862 işə baxılıb, Ali Məhkəmənin Plenumunun 2008-ci ildə 6, 2009-cu ildə isə 4 iclası keçirilib.

Ali Məhkəməyə edilən müraciətlərdə də azalma müşahidə olunub. 2008-ci ildə Ali Məhkəməyə 22 min 320 müraciət daxil olubsa, 2009-cu ildə 21 min 162 müraciət gəlib. Əlavə kasasiya şikayəti ilə bağlı müraciətlər də 4,9 faiz azalıb.

Plenumda Ali Məhkəmənin 2010-cu ilin birinci yarısına dair iş planı təsdiq edilib.

Plenum konkret cinayət və mülki işlərə də baxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR