Bank Of Baku

Ombudsman Elmira Süleymanova Belçika Senatının fəxri prezidenti Anne-Marie Lizini qəbul edib

Ombudsman Elmira Süleymanova Belçika Senatının fəxri prezidenti Anne-Marie Lizini qəbul edib
# 26 yanvar 2010 15:42 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Belçika Senatının fəxri prezidenti, hazırda Senatın müdafiə və beynəlxalq əlaqələr komissiyasının rəhbəri Anne-Marie Lizini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkil ötən ilin sentyabrında A. M. Lizinlə Ombudsman Aparatında onunla görüşünü xatırlayıb, səmərəli fikir və təcrübə mübadiləsi aparıldığını söyləyib. O, insan hüquq və azadlıqlarının təmin edilməsinin Azərbaycanın demokratik inkişafının mühüm istiqamətlərindən olduğunu vurğulayıb və bu sahədə son illərdə görülmüş tədbirlər haqqında ətraflı məlumat verib. E. Süleymanova Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyətini, dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə əməkdaşlığını, həmçinin ixtisaslaşmış beynəlxalq və regional təşkilatlarla, o cümlədən Avropa Şurası, ATƏT və Avropa Birliyi ilə, xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələrini diqqətə çatdırıb.

Ombudsman Azərbaycanda “Uşaq ili” kimi elan edilmiş ötən ilin ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi istiqamətində mühüm işlərin görülməsi, bu istiqamətdə mühüm tədbirlərin keçirilməsi ilə də yadda qaldığını vurğulanyıb. “Uşaq ili” və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20 illiyi ilə əlaqədar olaraq, Müvəkkilin təşəbbüsü ilə “Uşaqları dinləyək, onların iştirakını təmin edək” devizi altında Uşaq hüquqları aylığı keçirildiyi, bu aylıq ərzində ölkənin şəhər və rayonlarında Aparatın əməkdaşları və Ombudsmanın regional mərkəzləri nümayəndələrinin də qatıldığı maarifləndirmə tədbirlərinin təşkil edildiyi vurğulanıb. Müvəkkil qeyd edib ki, respublikanın şəhər və rayonlarında, kənd yerlərində yaşayan uşaqların problemləri ilə bağlı Müvəkkilə dərhal müraciət etmək məqsədilə təsisatda 916 nömrəli qaynar xətt yaradılıb və 24 saat ərzində fəaliyyət göstərir. Müvəkkilin məhbusların hüquqlarının müdafiəsini də diqqətdə saxladığı, fəaliyyəti dövrü ərzində qaldırdığı vəsatətlər nəzərə alınaraq, çoxsaylı məhkumun, o cümlədən yetkinlik yaşına çatmayan, qadın, xəstə, ahıl məhkumların, həmçinin jurnalistlərin əfv edilərək azadlığa buraxıldığı, ailələrinə və cəmiyyətə qovuşduğu diqqətə çatdırılıb. A. M. Lizin Azərbaycan ombudsmanının insan hüquqları sahəsində səmərəli fəaliyyətini və təşəbbüslərini, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən uşaqların hüquqlarının müdafiəsi sahəsində səylərini yüksək dəyərləndirib. O, Müvəkkillə əməkdaşlıqda maraqlı olduğunu söyləyib. A. M. Lizin səmimi qəbul və faydalı fikir mübadiləsinə görə Ombudsmana təşəkkürünü bildirib. Görüşdə Anne-Marie Lizini Belçikanın ölkəmizdəki səfiri F. Jottard müşayiət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR