Bank Of Baku

Gəncədə istilik cihazlarının satışı ilə məşğul olan obyektlərdə reyd keçirilib

Gəncədə istilik cihazlarının satışı ilə məşğul olan obyektlərdə reyd keçirilib
# 27 yanvar 2010 07:22 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncədə yerləşən 2 saylı Dövlət Nəzarəti İdarəsi qərb bölgəsində istilik cihazları olan qaz sobalarının satışı ilə məşğul olan obyektlərdə reyd keçirib. APA-nın qərb bürosunun məlumatına görə, bundan öncə reyd keçirilmiş və irad aktı təqdim olunmuş obyektlərdə yenidən mənşəyi bilinməyən qaz sobaları aşkar edilib. Obyektlərdə aparılan yoxlamalar nəticəsində əsasən sertifikat uyğunluğu olmayan yeni adda qaz cihazları satışdan çıxarılaraq möhürlənib.
2 saylı Dövlət Nəzarəti İdarəsindən bildirilib ki, möhyürlənən malların sertifikat uyğunluğu təqdim edilərsə onların satışına icazə veriləcək, sertifikat uyğunluğu təqdim edilməyən mallar isə sahibkarların iştirakı ilə məhv ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR