Bank Of Baku

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1,641 mln. nəfərə çatıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1,641 mln. nəfərə çatıb
# 27 yanvar 2010 08:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayının 1-nə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 641 064 nəfər təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, ilin əvvəlinə DSMF-nin fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 900 851 nəfəri kişi, 740 213 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edib. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 444 146 nəfərini əhatə edir.

Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 359 281 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 369 166 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 330 848 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 137 623 nəfər təşkil edib.

Bununla yanaşı, 2009-cu il ərzində DSMF-nin fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 10% artıb. İl ərzində «2009-2015-ci illərdə Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq görülən tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənib. Belə ki, 2009-cu ildə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 149 604 nəfər artaraq 1 641 064 nəfərə catıb.

Xatırladaq ki, fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır və 2006-cı ilin yanvarın 1-dən tətbiq olunan «Əmək pensiyaları haqqında» qanuna əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR