Bank Of Baku

Ötən il Azərbaycanı birdəfəlik tərk edən vətəndaşların əksəriyyəti Rusiyaya köçüb

Ötən il Azərbaycanı birdəfəlik tərk edən vətəndaşların əksəriyyəti Rusiyaya köçüb
# 27 yanvar 2010 09:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Rusiyadan Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı Azərbaycandan Rusiyaya daimi yaşamaq üçün gedənlərin sayından çox olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ildə Daxili İşlər Nazirliyinin pasport xidmətləri tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,8 min nəfər gələn və 1,5 min nəfər ölkədən gedən qeydə alınıb.

Xaricdən Azərbaycana gələn vətəndaşların ümumi sayından 69,3%-i (1247 nəfər) Rusiyadan gələnlər təşkil edib, gedənlərin ümumi sayından isə 73,4% (1101 nəfər) Rusiyaya gedənlərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR