Bank Of Baku

Ötən il Azərbaycanda tikintidə baş verən bədbəxt hadisələr nəticəsində ölənlərin sayı artıb

Ötən il Azərbaycanda tikintidə baş verən bədbəxt hadisələr nəticəsində ölənlərin sayı artıb
# 27 yanvar 2010 10:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Ötən il ərzində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi tərəfindən istehsalatla əlaqəli 250 hadisənin təhqiqatı aparılıb. Bu hadisələr nəticəsində 69 nəfər ölüb və 218 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 270 nəfərə «İZ» formalı (istehsalat zədəsi) aktın verilməsi təmin edilib, 17 nəfərə isə qaydaların tələblərinə müvafiq olaraq müxtəlif səbəblərdən «İZ» aktı verilməyib. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü qurumun ötən ilki fəaliyyətinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

N.Şükürlünün sözlərinə görə, hesabat ilində tikinti sektorunda 65 hadisə baş verib və bu hadisələr zamanı xəsarət alanların sayı 48 nəfər, ölənlərin sayı isə 2008-ci ilin yekunları ilə müqayisədə 6,7% artaraq 32 nəfər olub. Tikinti sektorunda baş vermiş bədbəxt hadisələrin əksəriyyəti zərbə nəticəsində əzilmə (48%) və hündürlükdən yıxılma (16%) səbəbindən baş verib ki, bu da işəgötürənlər tərəfindən tikinti norma və qaydalarına riayət olunmaması, işçilərin fərdi mühafizə vasitələri (qoruyucu kəmər, dəbilqə) ilə təmin edilməməsi və ya onlardan düzgün istifadə olunmaması, tikilən binalarda potensial yıxılma təhlükəsi olan eyvanların, pilləkənlərin, lift şaxtalarının çəpərlənməməsi və tapşırılmış işin icrasına nəzarətin zəif olması ilə izah olunur.

N.Şükürlü bildirib ki, hesabat ilində Dövlət Əmək Müfəttişliyi tərəfindən mülkiyyət və hüquqi təşkilati formasından asılı olmayaraq 2 438 (959 dövlət və 1 479 qeyri-dövlət olmaqla) müəssisə, idarə və təşkilatda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirib, vətəndaşlardan daxil olmuş 2 905 ərizə və şikayət, müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 1 061 ədəd müxtəlif xarakterli müraciət və sorğular araşdırılaraq cavablandırılıb.

Həyata keçirilən dövlət nəzarəti və vətəndaşların müraciətlərinin araşdırılması zamanı 9 124 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Həmin hüquq pozuntularının aradan qaldırılması üçün işəgötürənlərə icrası məcburi olan rəsmi göstərişlər verilib və icrası nəzarətə götürülüb.

Yol verilmiş hüquq pozuntularının təhlili göstərib ki, bütün pozuntuların 22%-ni əmək müqavilələrinin bağlanmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, 13,3%-ni əmək haqqının hesablanması və ödənilməsindəki nöqsanlar, 12,3%-ni texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi, 9,3%-ni əməyin mühafizəsinin tibbi-sosial məsələləri, 6%-ni sosial müavinətlərin hesablanması və ödənilməsi məsələləri təşkil edib.

N.Şükürlü bildirib ki, iqtisadiyyatın sahələri üzrə bu pozuntulara daha çox sənayedə (2 038), ticarət və ictimai iaşədə (1 942), tikintidə (718), mənzil-kommunal xidmətdə (918), səhiyyə sahəsində (814), elm, təhsil və mədəniyyət müəssisələrində (745) rast gəlinib. İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin əsasən qeyri- dövlət müəssisələrində pozulması (5 263 qanun pozuntusu və ya bütün pozuntuların 58%-i) müəyyən olunub. Həmçinin, ötən il ərzində işlərin və xidmətlərin yerinə yetirilməsinə qeyri-qanuni cəlb olunmuş 7 048 fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin olunub ki, onlardan 6 769 nəfəri (96%) özəl qurumların payına düşüb. Araşdırma zamanı qanunvericiliyin tələbləri pozularaq işdən azad edilməsi müəyyən edilmiş 55 nəfərin öz əvvəlki işinə qaytarılmasına nail olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR