Bank Of Baku

Sosial Hüquqlara dair Avropa Komitəsi Azərbaycana tövsiyələr verib

Sosial Hüquqlara dair Avropa Komitəsi Azərbaycana tövsiyələr verib
# 28 yanvar 2010 09:11 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Yanvarın 27-də Sosial Hüquqlara dair Avropa Komitəsi sosial hüquqlara dair Avropa Xartiyasına qoşulmuş 36 dövlət, o cümlədən Azərbaycanla bağlı hesabat açıqlayıb. APA-nın məlumatına görə, hesabatda səhiyyə, sosial təminat və sosial müdafiə sahəsində hüquqların vəziyyəti və komitənin qiymətləndirməsi əksini tapıb.

Sənəddə deyilir ki, Azərbaycan səhiyyə, ekologiya, sağlamlığın qorunması və tibbi yardımın göstərilməsi sahələrində qanunlar qəbul edib. Lakin bu istiqamətdə iş davam etdirilməli və Avropa ölkələrinin göstəricilərinə yaxınlaşmaq lazımdır. Qeyd olunur ki, Azərbaycan 1990-cı ildən bu yana orta ömür göstəricisində kiçik irəliləyişə nail olub. Belə ki, 2006-cı ildə bu göstərici kişilər üçün 62, qadınlar üçün 66 olub. Lakin bu rəqəmlər Avropa ölkələri ilə müqayisədə çox aşağıdır. Avropa Birliyində kişilər üçün orta ömür 75,2, qadınlar üçünsə 81,5-dir.

Komitə rəsmi Bakını ölkədə ölümün səviyyəsinin azaldılması istiqamətində addımlar atmağa da çağırıb və Azərbaycanda əksər ölümlərin səbəbinin ürək-damar xəstəlikləri olduğunu vurğulayıb. Qurum Bakını tuberkulyozla da effektiv mübarizəyə səsləyib. Komitə həmçinin xahiş edib ki, Azərbaycan növbəti hesabatında pulsuz sosial xidmətlərin ehtiyacı olanlar, aşağı səviyyədə gəlirlə yaşayanlar üçün pulsuz olub-olmadığı barədə məlumatlar təqdim etsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR