Bank Of Baku

Azərbaycanda fərdi icazə əsasında çalışan əcnəbilərin sayı son bir ildə 40% artıb

Azərbaycanda fərdi icazə əsasında çalışan əcnəbilərin sayı son bir ildə 40% artıb
# 28 yanvar 2010 09:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar ayının 1-nə Azərbaycanda müvafiq fərdi icazə əsasında 80 ölkədən 5 784 nəfər əmək fəaliyyəti ilə məşğul olub ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 1,4 dəfə çoxdur. «APA-Economics»in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilin yekunları ilə bağlı bu gün keçirilən kollegiya iclasında nazir Füzuli Ələkbərov bildirib.

F.Ələkbərovun sözlərinə görə, ötən il ərzində müddəti uzadılan fərdi icazələrin sayı əvvəlki illə müqayisədə 3,4 dəfə çox olub. Bu artım işəgötürənlərin yeni işçi qüvvəsi gətirməkdən daha çox, ölkədə olan əcnəbi işçi qüvvəsindən istifadəyə üstünlük vermələri ilə izah olunur.

F.Ələkbərov qeyd edib ki, ötən ilin fevral ayının 12-dən etibarən əcnəbilərə fərdi icazələrin alınması üçün dövlət rüsumunun məbləğinin 45 manatdan 1000 manata çatdırılması daxili əmək bazarının qorunması ilə yanaşı, həm də işəgötürənlər tərəfindən ölkəyə əsasən yüksək ixtisaslı kadrların gətirilməsinə xidmət edib. Ötən il ərzində işə cəlb etdiyi əcnəbilər üçün fərdi icazələrin alınmasına və fərdi icazələrin müddətinin uzadılmasına görə işəgötürənlər tərəfindən dövlət büdcəsinə 4,578 mln. manat həcmində vəsait ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR