Bank Of Baku

Ötən il Sumqayıtda 1 500 işaxtarandan daimi işlə təmin olunub

Ötən il Sumqayıtda 1 500 işaxtarandan daimi işlə təmin olunub
# 28 yanvar 2010 09:50 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhərində 2009-cu ildə Məşğulluq Mərkəzi tərəfindən qeydiyyata alınmış 3 057 nəfər işaxtarandan 1 499-u daimi işlə təmin olunub. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyətindən məlumat verilib.

Şəhər üzrə hesabat dövründə 654 nəfərə işsiz statusu verilərək təkrar müavinət nəzərə alınmaqla 655 nəfərə müavinət təyin olunub, 437 nəfər peşə kurslarına, 104 nəfər isə ictimai işlərə cəlb edilib.

Hesabat ilində müvəqqəti iş üçün «Əmək Birjası»na 917 nəfər müraciət edib, 759 nəfər isə müvəqqəti işlərə göndərilib.

Məlumatda qeyd olunub ki, işaxtaran vətəndaşların kütləvi formada məşğulluq təminatlarını gücləndirmək məqsədilə 2009-cu ilin oktyabr ayında şəhərdə əmək yarmarkası keçirilib. Yarmarkada 20-dövlət, 27-qeyri dövlət, və 241 fiziki şəxs tərəfindən 2 651 vakant iş yerləri təqdim edilib. Vakant iş yerlərinin 569-u dövlət, 1 452-si qeyri dövlət, 630-u fiziki şəxslər tərəfindən təqdim olunub. Əmək yarmarkasının yekununa görə, 597 nəfər işaxtaran vətəndaş münasib işlə təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR