Bank Of Baku

TQDK-da xüsusi qabiliyyət tələb edən ixtisaslara aid vəsaitlərin təqdimatı keçirilib

TQDK-da xüsusi qabiliyyət tələb edən ixtisaslara aid vəsaitlərin təqdimatı keçirilib
# 28 yanvar 2010 09:51 (UTC +04:00)
Bakı. Kəmalə Quıiyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2010-2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslara aid vəsaitlərin təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində TQDK sədrinin müavini Namiq Babayev bildirib ki, vəsaitlər təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənətləri, bədən tərbiyəsi və idman istiqamətləri üzrə beş kitabçada nəşr edilib. Vəsaitlərdə qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası və onların hansı ali məktəblərdə, orta və əsas təhsil bazasından orta ixtisas məktəblərində mövcud olması barədə məlumatlar, seçmə turun şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri əksini tapıb. N. Babayevin sözlərinə görə, xüsusi qabiliyyət tələb edən ixtisasların qiymətləndirmə meyarları yeni formada tərtib olunub, hər istiqamət üzrə ailə məktəblərin orta və əsas təhsil bazasından orta ixtisas məktəblərinin qəbul proqramları və metodiki tövsiyələr təkmilləşdirilib. Ali məktəblərin pedaqoji, idman və dizayn ixtisasları, orta və əsas təhsil bazasından orta ixtisas məktəblərinin ixtisasları üzrə qabiliyyət imtahanlarının nəticələri məqbulla, ali məktəblərin digər ixtisasları üzrə ilə balla qiymətləndiriləcək.

TQDK sədrinin müavini bildirib ki, ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına sənəd verən abituriyentlərin sayı kifayət qədərdir. Belə abituriyentlər ümumi abituriyentlərin 10 faizini təşkil edir. Ötən il qabiliyyət imtahanlarında təxminən 10 minə yaxın gənc iştirak edib. Onlardan 7089 nəfəri seçmə turu müvəffəqiyyətlə keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR