Bank Of Baku

Naxçıvanda daxili bazarın qorunmasına dair müşavirə keçirilib

Naxçıvanda daxili bazarın qorunmasına dair müşavirə keçirilib
# 28 yanvar 2010 10:00 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev – APA. Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisində daxili bazarın qorunması və maliyyə intizamının yaxşılaşdırılması məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

APA-nın məlumatına görə, əvvəlcə MR-in Vergilər, Maliyyə, İqtisadi İnkişaf nazirliklərinin, digər komitə və təşkilatların rəhbərləri çıxış ediblər.

Müşavirədə geniş məruzə ilə çıxış edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov daxili bazarın qorunması, yerli istehsalın təşkili, tələbatın yerli məhsullar hesabına ödənilməsi, məhsul keyfiyyətinə nəzarət, süni qiymət artımının qarşısının alınması məsələlərindən danışıb.

Yerli xammaldan istifadənin xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm əhəmiyyətə malik olduğunu deyən Ali Məclis sədri 2009-cu ildə 98 layihə üzrə istehsal və xidmət obyektlərinin istifadəyə verildiyini, iqtisadi fəaliyyətin müxtəlif sahələrini əhatə edən 42 layihə üzrə istehsal sahəsinin yaradılması üzrə işlərin davam etdirildiyini bildirib. V.Talıbov vurğulayıb ki, görülən tədbirlər nəticəsində ümumilikdə 87 növ ərzaq, 148 növ qeyri-ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir.

Ali Məclis sədri çıxışında əhalini payız-qış mövsümündə keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə muxtar respublika ərazisində ümumi tutumu 6 120 ton olan 10 soyuducu anbarın, 5 istixana kompleksinin yaradıldığını deyərək, bu istiqamətdə işlərin davam etdirildiyini bildirib. O, həmçinin qəbul olunmuş dövlət proqramlarının uğurlu icrasının daxili bazarın qorunmasında mühüm əhəmiyyətə malik olan sahibkarlığın da dinamik inkişafını təmin etdiyini, nəticədə muxtar respublikada istehsal edilən ümumi daxili məhsulun 86,4%-nin özəl bölmənin payına düşdüyünü qeyd edib.

Müşavirəyə yekun vuran Ali Məclisin sədri daxili bazarın ucuz və keyfiyyətsiz məhsullardan qorunması, yerli xammal əsasında işləyən emal müəssisələrinin yaradılması, iqtisadi fəaliyyət sahələrində həyata keçirilən maliyyə əməliyyatlarının nağdsız hesablaşmalarla həyata keçirilməsi, işəgötürənlər və işçilər arasında əmək müqavilələrinin bağlanması və bütün növ mal və materialların qiymətlərinin nəzarətdə saxlanması ilə əlaqədar aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR