Bank Of Baku

Azərbaycan paytaxtında yollar buz bağlayacaq

Azərbaycan paytaxtında yollar buz bağlayacaq
# 28 yanvar 2010 10:06 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 2-4 dərəcə isti, axşam 0 dərəcəyə yaxın olacaq. Yollar buz bağlayacaq.

Yanvarın 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Yanvarın 30-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacaq.

Yanvarın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman qeydə alınacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 29-da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, cənub küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Yanvarın 30-31-də hava, əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək, bəzi yerlərdə 7 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR