Bank Of Baku

Azərbaycanda ötən il hər ailəyə orta hesabla 113 manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənilib

Azərbaycanda ötən il hər ailəyə orta hesabla 113 manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənilib
# 28 yanvar 2010 11:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda 2009-cu il ərzində 144 829 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnib və hər ailəyə orta hesabla 113,30 manat ödənilib. «APA-Economics»in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazir Füzuli Ələkbərov bildirib.

F.Ələkbərovun sözlərinə görə, ötən il ərzində ölkədə sosial müəvinat alanların sayı 2008-ci illə müqayisədə 1,8% artaraq 394 901 nəfərə, təqaüd alanların sayı isə 13,1% artaraq 32 925 nəfərə çatıb.

Ötən il ərzində görülmüş işlərdən danışan F.Ələkbərov nazirlik tərəfindən rayon və şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində 50 araşdırmanın aparıldığını da bildirib. Aparılan yoxlamalar nəticəsində ciddi nöqsanlara yol verdiklərinə görə 5 nəfər tutduğu vəzifədən azad edilib, 79 nəfərə isə töhmət verilib. Həmçinin, 80 600 manat məbləğində qanunsuz ödənilmiş vəsaitin təqsirkar şəxslər tərəfindən tutularaq büdcəyə köçürülməsi təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR