Bank Of Baku

QHT-lərin Milli Mühasibat Uçotu Standartlarına keçidi və Maliyyə Nazirliyinə verəcəyi illik hesabatların təqdimetmə qaydaları müzakirə edilib

QHT-lərin Milli Mühasibat Uçotu Standartlarına keçidi və Maliyyə Nazirliyinə verəcəyi illik hesabatların təqdimetmə qaydaları müzakirə edilib
# 28 yanvar 2010 12:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev maliyyə nazirinin birinci müavini İlqar Fətizadə ilə görüşüb. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə QHT-lərin Milli Mühasibat Uçotu Standartlarına keçidi, Maliyyə Nazirliyinə verəcəyi illik maliyyə hesabatlarının təqdimetmə qaydaları, bu sahədə bilik və bacarıqların artırılması və yaranacaq mümkün çətinliklərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə bu il aprelin 1-dək QHT-lərin Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarının verilməsi üçün müvafiq tədbirlər planının hazırlanması, fevralın 10-dək hesabatların elektron formada qəbulu məqsədilə Maliyyə Nazirliyi tərəfindən müvafiq proqramın hazırlanması, hesabatların tərtibi ilə əlaqədar 10 mütəxəssisdən ibarət işçi qrup yaradılması və onlara müvafiq təlimin keçilməsi, işçi qrup tərəfindən martın 31-dək Bakı və region QHT-lərinə hesabatların tərtibinə kömək məqsədilə təlim və məsləhət sessiyalarının təşkili, hesabatların formasının Maliyyə Nazirliyi tərəfindən 3000 nüsxədə çapı və şuranın ofisinə, həmçinin rayon maliyyə şöbələrinə müraciət edən QHT-lərə paylanılması, il ərzində maliyyə əməliyyatı aparmayan QHT-lərin hesabat formalarını müvafiq qaydada boş təqdim etmələri, rayonlarda QHT-lərə hesabatın vaxtında verilməsinə və düzgün tərtib olunmasına yerli maliyyə şöbələri tərəfindən köməklik göstərilməsi və QHT-lərin məlumatlandırılması üçün KİV-in imkanlarından istifadə məsələlərində razılıq əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR