Bank Of Baku

Ötən il Müəllif Hüquqları Agentliyində 591 müəllif və hüquq sahibinin 506 əsəri dövlət qeydiyyatından keçirilib

Ötən il Müəllif Hüquqları Agentliyində 591 müəllif və hüquq sahibinin 506 əsəri dövlət qeydiyyatından keçirilib
# 28 yanvar 2010 12:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2009-cu ildə Müəllif Hüquqları Agentliyində (MHA) 591 müəllifin və hüquq sahibinin müxtəlif janrlarda 506 əsəri dövlət qeydiyyatından keçirilib. Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib. Onun sözlərinə görə, onlardan 91-i elmi əsərlər və dərs vəsaitləri, 166-sı ədəbi əsərlər, 111-i mətnli və mətnsiz musiqi əsərləri, 45-i multimedia məhsulları, 3-ü kompüter proqramlarıdır. Ümumilikdə son 13 il ərzində Agentlikdə 8 minə yaxın əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.

K. İmanovun sözlərinə görə, ötən il agentliyin nümayəndələri üçüncü şəxs qismində müəlliflərin və hüquq sahiblərinin iddiası əsasında hüquqlarının müdafiəsi ilə bağlı məhkəmələrin çağırışı ilə 10-dan artıq məhkəmə iclasında iştirak ediblər. Müxtəlif dövlət orqanlarının sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 11 ekspert rəyi verilib, müəlliflərin xahişi nəzərə alınaraq 3 iddia ərizəsi tərtib edilib.

Agentlik sədri deyib ki, ötən il Azərbaycanda əqli mülkiyyət hüquqları ilə bağlı 12 beynəlxalq və milli simpozium təşkil olunub, bu tədbirlərdə 1500-dək beynəlxalq ekspert, hüquqşünas, sənətçi iştirak edib. Ötən il erməni plagiatlığını ifşa edən “Armyanskie inarodnıe skazki”, “Gəldim, gördüm...mənimsədim” adlı müxtəlif dillərdə əsər və toplular”, “Rəqəmli şəbəkələrdə hüquqların idarə edilməsii” elmi-praktiki vəsaiti nəşr edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR