Bank Of Baku

Azay Quliyev: “Ötən il QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə vəsaiti almış bəzi təşkilatların fəaliyyəti bizi qane etmir”

Azay Quliyev: “Ötən il  QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə vəsaiti almış bəzi təşkilatların fəaliyyəti bizi qane etmir”
# 28 yanvar 2010 13:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. 2009-cu ildə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından maliyyə vəsaiti almış təşkilatların bəzilərinin fəaliyyəti şuranı qane etmir. APA-nın məlumatına görə, bu barədə şuranın sədri Aza Quliyev məlumat verib. Onun sözlərinə görə, bəzi QHT-lər hesabatları vaxtında təqdim etməyib, şuranın monitorinqinə lazımı şəraiti yaratmayıb, şura ilə imzaladığı müqavilənin öhdəliklərinə əməl etməyib, bütövlükdə layihənin icrası ilə bağlı işlərin lazımı səviyyədə həyata keçirməyib: “Bir QHT-yə ayırdığımız maliyyənin ikinci hissəsini ödəməkdən imtina etdik. Ümumilikdə 8 QHT bu il müsabiqədə şuradan dəstək almayacaq. Amma ümumilikdə 30-a yaxın QHT-nin fəaliyyəti bizi qane etmir. Bu cür QHT-ləri 2 il keçirdiyimiz müsabiqələrdə iştirakdan məhrum etmək hüququmuz var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR