Bank Of Baku

Bakıda «İnsan alveri qurbanlarına hüquqi yardım» mövzusunda konfrans keçirilir

Bakıda «İnsan alveri qurbanlarına hüquqi yardım» mövzusunda konfrans keçirilir
# 29 yanvar 2010 07:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Bakıda «İnsan alveri qurbanlarına hüquqi yardım» mövzusunda konfrans keçirilir. APA-nn məlumatına görə, Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun maliyyə dəstəyi ilə belə bir layihənin həyata keçirildiyini qeyd edib. Ə. Əliyev insan alveri qurbanlarına hüquqi yardım sahəsində ciddi problemlərin mövcud olduğunu bildirib: «Onlara vəkillər və professional hüquqşünaslar tərəfindən yardımlar göstərilmir. Biz 50-dək məhkəmə işini araşdırmışıq və bəlli olub ki, vəkillərin böyük əksəriyyəti peşəkarlar deyil. İbtidai istintaq zamanı cinayətkarın əmlakına həbs qoyulması, kompensasiya təcrübəsi yoxdur. Kompensasiya haqda məhkəmə iddiaları isə təmin olunmur».

Beynəlxalq Miqrasiya Təşkilatının Bakı Ofisinin rəhbəri Vasili Jujanin, ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun əməkdaşı Astirid Ganterer tədbirdə çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Onlar Azərbaycanda bu sahədə hüquqi bazanın təkmilləşdirilməsinin vacib olduğunu qeyd ediblər.

Günün sonuna kimi davam edəcək konfransda insan alverinə qarşı mübarizə, insan alveri qurbanlarına hüquqi yardım üzrə beynəlxalq təcrübələrlə bağlı məruzələr ediləcək, fikir mübadiləsi aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR