Bank Of Baku

Yaqub Mahmudov: “Azərbaycanda Tarix İnstitutuna ermənilərin Ermənistan tarixçilərinə verdiyi pulun yüz mində bir hissəsini xərcləyən varlı adamlar yoxdur”

Yaqub Mahmudov: “Azərbaycanda Tarix İnstitutuna ermənilərin Ermənistan tarixçilərinə verdiyi pulun yüz mində bir hissəsini xərcləyən varlı adamlar yoxdur”
# 29 yanvar 2010 11:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Varlı ermənilər qondarma Ermənistan dövlətinin tarixini yaratmaq üçün milyonlarını qoyur. 100 min tirajlarla saxta kitabları buraxdırırlar, sonra isə dünyanın müxtəlif ölkələrində yaşayan himayədarları vasitəsilə müraciət etdirirlər ki, Azərbaycana, türkə qarşı belə kitablardan çox buraxdırın. Mən isə 10 ildən çoxdur ki, üzümü varlı adamlara tutub yalvarışlarla, bəzən də təhqirə məruz qala-qala deyirəm ki, siz bu məmləkətin sərvətinə sahib ola bilirsinizsə, bu sərvəti sizə qazandıran dövlətə, onun tarixinə xidmət eləmək lazımdır”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu gün keçirdiyi mətbuat konfransında deyib. Y. Mahmudov təəssüflə deyib ki, Azərbaycanda Tarix İnstitutuna ermənilərin Ermənistan tarixçilərinə verdiyi pulun yüz mində bir hissəsini xərcləyən varlı adamlar yoxdur: “Bu həqiqətdir. Biz gözləyirik ki, gələcəkdə bizim varlılarımız da hərəkətə gəlsinlər və onların sərvətinin mənbəyi olan Azərbaycan dövlətini, xalqımızı, ərazilərimizi müdafiə eləsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR