Bank Of Baku

Qax Mərkəzi Rayon Xəstəxanası təmirdən sonra istifadəyə verilib

Qax Mərkəzi Rayon Xəstəxanası təmirdən sonra istifadəyə verilib
# 29 yanvar 2010 15:28 (UTC +04:00)
Qax. Vüqar Heydərov-APA. Qax Mərkəzi Rayon Xəstəxanası(MRX) əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, 1974-cü ildə tikilib istifadəyə verilən iki mərtəbəli, beş korpusdan ibarət xəstəxananın binası istismar müddətini başa çatdığından 2008-2009-cu illər ərzində dövlət büdcəsi hesabına əsaslı təmir edilib. Əsaslı təmir və yenidənqurma işləri başa çatdıqdan sonra xəstəxana binası müasir tələblərə cavab verən tibbi avadanlıqlarla təchiz edilib. Bu gün Qax MRX-nın əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirilib. Tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev, Qax rayon İcra Hakimiyyətinin başçısı Telman Quliyev də iştirak edib. Açılış mərasimindən sonra səhiyyə naziri O. Şirəliyev xəstəxanada aparılan əsaslı təmir və yenidən qurma işləri ilə yaxından tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR