Bank Of Baku

“Elmi fəaliyyət haqqında” qanun layihəsi hazırlanıb

“Elmi fəaliyyət haqqında” qanun layihəsi hazırlanıb
# 30 yanvar 2010 11:07 (UTC +04:00)
Bak. Elnur Məmmədli – APA. Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda komitənin 2009-cu ildə gördüyü işlər və 2010-cu ilin yaz sessiyası ilə bağlı müzakirə aparılıb. Müzakirələrdən sonra yaz sessiyasında komitənin həyata keçirəcəyi tədbirlər təsdiqlənib.

Komitənin sədri Şəmsəddin Hacıyev “Elmi fəaliyyət haqqında” qanun layihəsinin hazırlandığını bildirib. Qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsipləri, elmi fəaliyyətin subyektləri və iştirakçılarının hüquq və vəzifələri, elmi fəaliyyətin təşkilatı-hüquqi əsasları müəyyən edilir: “Elmi fəaliyyət yeni elmi biliklərin əldə edilməsi və tətbiqinə yönəlmiş fəaliyyətdir. Buraya fundamental və tətbiqi elmi tədqiqatlar, elmi-texniki araşdırmalar, eksperimental işləmələr, elmi innovasiya və digər işlər aid edilə bilər”.

Ş. Hacıyev deyib ki, elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas məqsədi elmi potensialın inkişaf etdirilməsi, onun səmərəli yerləşdirilməsi və istifadə olunması, iqtisadiyyatın inkişafında və mühüm sosial vəzifələrin yerinə yetirilməsində, ölkənin müdafiə qabiliyyətinin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin möhkəmləndirilməsində elmin bazis rolunun artırılmasından ibarətdir: “Layihədə qeyd edilir ki, dövlət elmi müəssisə və təşkilatları yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilməyə açıq elan oluna bilər. Fundamental elmi tədqiqatlar aparan dövlət elmi müəssisə və təşkilatları özəlləşdirilə bilməz”.

Komitə sədri layihədə elmi fəaliyyətin maliyyələşdirilməsi ilə bağlı maddənin də öz əksini tapdığını söyləyib: “Elmi fəaliyyətin maliyyələşdirilməsi dövlət büdcəsinin, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri və ya cəlb olunmuş vəsaitlər, o cümlədən qrantlar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilə biləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR