Bank Of Baku

Yanvarda Naxçıvan ərazisində anormal hava şəraiti müşahidə edilib

Yanvarda Naxçıvan ərazisində anormal hava şəraiti müşahidə edilib
# 30 yanvar 2010 12:23 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev – APA. Yanvar ayında Naxçıvan Muxtar Respublikası ərazisində anormal isti hava şəraiti müşahidə edilib. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsinin baş mütəxəssisi Əli Cahangirovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, kəskin kontinental iqlimə malik muxtar respublikada yanvar ayının birinci və ikinci ongünlüklərində 17 dərəcəyədək isti hava şəraiti mövcud olub. Ötən il 20 dərəcə şaxta, bəzi yerlərdə normadan artıq yağıntı müşahidə edilsə də, bu il yağıntılar iqlim normasından aşağı səviyyədə qeydə alınıb.

Ə. Cahangirov fevral ayında bu cür anormal isti hava şəraitinin gözlənilmədiyini, orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti olacağını, bunun da iqlim normasına yaxın sayıldığını deyib. Onun sözlərinə görə, fevralda gecələr 7-12, bəzi yerlərdə 10-18 dərəcə şaxta, gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə isti gözlənilir. Fevral ayında yağıntıların miqdarı 11-29 mm (iqlim normasına yaxın) olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR