Bank Of Baku

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi “Gənclər günü” münasibətilə mükafatlandırma mərasimi keçirib - FOTO

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi “Gənclər günü” münasibətilə mükafatlandırma mərasimi keçirib - <font color=red>FOTO</font>
# 30 yanvar 2010 14:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yanvarın 30-da Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2 fevral – “Gənclər günü”nə həsr olunmuş mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov bu il daha çox KİV nümayəndələrinin mükafatlandırılmasına üstünlük verildiyini bildirib: “Hər Azərbaycan gənci öz üzərində mükəmməl işləməlidir. Bilik, zəhmət və əziyyət heç zaman batmır. Gənclik həmrəy və bir olmalıdır. Biz yalnız bu cür güclüyük”.

Tədbirdə çıxış edən millət vəkili Fəttah Heydərov Azərbaycan gənclərini təbrik edib və onlara uğurlu gələcək arzulayıb: “Ölkəmizin həyatında, görülən işlərimizin təbliğində, gənc nəslin tərbiyəsində, doğma Azərbaycanımızın hər yerində görülən mükəmməl işlərin dünyaya yayılmasında siz jurnalistlərin çox böyük əməyi var. Azərbaycanımızda gözəl qələmə, gözəl duyuma sahib olan, xalqın, ölkəmizin rifahı naminə ən gözəl ideyaları təbliğ edən və qələmə alan qabiliyyətli jurnalistlərimiz var. Arzu edirəm ki, bizim gənclik daha qabiliyyətli, daha məğrur olsun. Bizim hələ tanınmağa və təbliğ olunmağa çox ehtiyacımız var. Azərbaycan hələ gənc dövlətdir”.

Çıxışlardan sonra 2009-cu il ərzində daha çox fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıb. “Gənclər arasında ən yaxşı modelyer-rəssam” nominasiyasında Nərminə Vəliyeva, “Gənclər arasında ən yaxşı rejissor” nominasiyasında Ceyhun Kərimov, “Gənclər arasında ən yaxşı şairə” nominasiyasında Leyli Sərhədqızı, “Gənclər arasında ən yaxşı aparıcı” nominasiyasında İctimai Televiziya və Radio Verilişləri Şirkətinin aparıcısı Saleh Bağırov, “Gənclər arasında ən yaxşı müxbir-aparıcı” nominasiyasında Könül Muxtarova və Fərqanə Gülməmmədova, “Gənclərə dəstək verən ən yaxşı telekanal” nominasiyasında “Lider” televiziyası və digərləri qalib seçilib. “Gənclər arasında ən yaxşı jurnalist” nominasiyasında mükafat isə APA İnformasiya Agentliyinin əməkdaşı Ülkər Qasımovaya verilib.

Mərasimdən sonra konsert proqramı nümayiş etdirilib. Müğənnilər Samirə, Zamiq, Ülvi Cəfərovun rəhbərlik etdiyi “Şeron” qrupu, Mirkamil Kamilov, İlkin Həsənoğlu və digərləri mükafatçıları öz ifaları ilə təbrik ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR