Bank Of Baku

“Gənc liderlər üçün Qış Universiteti” adlı layihə həyata keçiriləcək

“Gənc liderlər üçün Qış Universiteti” adlı layihə həyata keçiriləcək
# 01 fevral 2010 08:23 (UTC +04:00)
Bakı. İbad Bağırov - APA. “İRƏLİ” İctimai Birliyinin təşəbbüsü ilə fevralın 2-dən 10-dək Oğuz rayonunda “Gənc liderlər üçün Qış Universiteti” adlı layihə həyata keçiriləcək. “İRƏLİ”nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, layihə çərçivəsində 100 nəfər gənc lider üçün natiqlik, liderlik, idarəetmə, biznes, informasiya texnologiyalarının önəmi, xarici siyasət, qanunvericilik, Azərbaycanda yeni dövrün prioritetləri, siyasi fəlsəfə, siyasi antropologiya, demokratikləşmə, Azərbaycanda gənclər siyasəti, vətəndaş cəmiyyəti, KİV sektorunda müasir tendensiyalar, azərbaycançılıq fəlsəfəsi ilə bağlı mühazirələr keçiriləcək. Bununla yanaşı, gənclərin asudə vaxtını səmərəli təşkil etmək məqsədilə maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunacaq. Qış Universiteti çərçivəsində gənclər ətraf rayonlara səfərlər edəcək.
LayihəYə müxtəlif sahələri, o cümlədən KİV strukturlarını təmsil edən gənclər qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR