Bank Of Baku

Azərbaycanda 1941-1945-ci illər müharibəsi iştirakçılarının əmək pensiyası artırılıb

Azərbaycanda 1941-1945-ci illər müharibəsi iştirakçılarının əmək pensiyası artırılıb
# 01 fevral 2010 08:54 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda 1941-1945-ci illər müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) «APA-Economics»ə verilən məlumata görə, bu artım “1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram” çərçivəsində həyata keçirilib.

DSMF tərəfindən artımın şamil olunduğu şəxslərə çatdırılması yanvar ayı ərzində həyata keçirilib. Bu artımın maliyyələşməsi üçün müvafiq vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb.

Xatırladaq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr 2010-cu il yanvarın 1-dən etibarən qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR