Bank Of Baku

Nazir müavini: Gürcüstanda bu il keçən ilə nisbətən daha çox məktəb binası tikiləcək

Nazir müavini: Gürcüstanda bu il keçən ilə nisbətən daha çox məktəb binası tikiləcək
# 01 fevral 2010 08:57 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Bu ildən başlayaraq azərbaycanlı abituriyentlər Gürcüstanın ali məktəblərinə qəbul zamanı xüsusi proqram əsasında 4 imtahan əvəzinə, ana dilində 1 imtahan verib bir il müddətinə gürcü dilini öyrənəcəklər. Onlar 60 kredit topladıqdan sonra istədikləri ali məktəbləri seçib təhsil alacaqlar. Bu güzəştdən Gürcüstanda etnik azlıqlar sayılan azərbaycanlılarla yanaşı, ermənilər də istifadə edə biləcəklər”. Bunu APA-nın Gürcüstan bürosuna Gürcüstanın elm və təhsil nazirinin müavini Roland Surquladze deyib. Nazir müavini bildirib ki, son vaxtlar Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkinin maarif sahəsində həyata keçirdiyi yeniliklər çoxdur. Onun sözlərinə görə, bu il keçən ilə nisbətən daha çox məktəb binası tikiləcək: “Bu iş etnik azlıqların kompakt yaşadığı bölgələrdə də həyata keçiriləcək. Gürcüstanda bütün məktəblərin kompüterlərlə təmin edilməsi nəzərdə tutulub. Bu təşəbbüs ölkə prezidenti Mixail Saakaşviliyə məxsusdur. 2011-ci ilə kimi müəyyən mərhələlərlə bu layihə başa çatacaq”.

Nazir müavini qeyd edib ki, məktəblərdə informatika fənninin tədrisi lazımi səviyyədə deyil: “Buna baxmayaraq təhsil və elm nazirliyinin istəyi və prezidentin təşəbbüsü ilə qısa bir vaxt ərzində bu sahədə uğurlar əldə ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR