Bank Of Baku

Naxçıvanda internetin tarifləri endirilib

Naxçıvanda internetin tarifləri endirilib
# 01 fevral 2010 09:19 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev—APA Naxçıvan Muxtar Respublikasında (MR) internetin tarifləri endirilib. APA-nın Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına istinadən xəbərinə görə, nazirliyin nəzdində fəaliyyət göstərən “İnternet Mərkəzi” bütün növ internet xidmətləri üzrə tarifləri azaldıb.
Bu gündən etibarən muxtar respublikada istifadəçilər internetə daha ucuz və sərfəli qoşula biləcəklər. Yeni tariflərə əsasən, telefonla qoşulma üzrə internet kartlarının qiymətlərində 60-70 %, simsiz qoşulmada 50% endirim tətbiq edilib: “ADSL bağlantısı ilə müxtəlif sürətlərdə aylıq abunələrlə təklif olunan yeni tariflər əvvəlki qiymətlərdən dəfələrlə aşağıdır”.

Tariflərin endirilməsində məqsəd muxtar respublikada internet istifadəçilərinə keyfiyyət və sürət baxımından müasir internet xidmətlərindən daha sərfəli qiymətlərlə istifadə imkanı yaratmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR