Bank Of Baku

Fevral ayında Azərbaycanda havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

Fevral ayında Azərbaycanda havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq
# 01 fevral 2010 11:29 (UTC +04:00)
Lakin bununla belə ay ərzində ayrı-ayrı günlərdə havanın soyuq, şaxtalı keçəcəyi, qar yağacağı istisna olunmur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, ölkə ərazisinə düşən yağıntının miqdarının qeyri-bərabər paylanacağı, əksər rayonlarda iqlim normasına yaxın olacağı gözlənilir.

Fevral ayı ərzində Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi günlərdə isə 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 2-4 dərəcə isti, ayrı-ayrı gecələrdə 0-2 dərəcə şaxta təşkil edəcək. Gündüzlər temperaturun 5-10 dərəcə isti, soyuq dövrlərdə 0 dərəcəyə yaxın, ayır-ayrı günlərdə 12-15 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm) olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi günlərdə isə 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 5-10 dərəcə, ayrı-ayrı gecələrdə 15-18 dərəcə şaxta təşkil edəcək. Gündüzlər havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 7-12 dərəcə isti olacaq. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 11-20 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ-Xankəndi, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi günlərdə isə 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə, ayrı-ayrı gecələrdə 8-13 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 1-6 dərəcə isti, soyuq dövrlərdə 1-5 dərəcə şaxta, bəzi günlərdə 8-11 dərəcə isti gözlənilir. Yağıntının aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm) olacağı proqnozlaşdırılır.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam - Ağcabədi - Füzuli-Cəbrayıl zonasında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi günlərdə isə 1 dərəcə yüksəkdir. Gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, ayrı-ayrı gecələrdə 2-4 dərəcə şaxta olacaq. Gündüzlər 2-7 dərəcə isti, soyuq dövrlərdə 0-2 dərəcə şaxta, ayrı-ayrı günlərdə 12-15 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-36 mm) olacaq.

Balakən-Şəki-Zaqatala-Oğuz-Qəbələ, Şamaxı-İsmayıllı, Xızı, Siyəzən-Dəvəçi, Quba-Qusar-Xaçmaz zonasında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi günlərdə isə bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, soyuq dövrlərdə 8-13 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 2-7 dərəcə isti, soyuq dövrlərdə 0-5 dərəcə şaxta, ayrı-ayrı günlərdə 9-14 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 24-55 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi Aran rayonlarında – Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçalada havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi günlərdə isə bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, soyuq dövrlərdə 0-4 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 7-12 dərəcə, soyuq dövrlərdə 0-2 dərəcə, ayrı-ayrı günlərdə 14-18 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik-Yardımlı zonasında havanın orta ayrıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi günlərdə isə bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, soyuq dövrlərdə 0-4 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 7-11 dərəcə, soyuq dövrlərdə 0-2 dərəcə, ayrı-ayrı günlərdə 15 dərəcəyədək isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 44-105 mm) olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR