Bank Of Baku

TQDK Bakıda zona müşavirəsi keçirəcək

TQDK Bakıda zona müşavirəsi keçirəcək
# 01 fevral 2010 12:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 3-də Bakıda 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə komissiyanın sədri Məleykə Abbaszadə ötən tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edəcək. Zona müşavirəsində Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, Bakı rayonlarının, eləcə də Şuşa, Zəngilan, Xocalı və Xocavənd məktəblərinin direktorları və müəllimlərinin iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR