Bank Of Baku

Bakıda 23 min şəxs “donuz qripi”nə qarşı peyvənd olunub

Bakıda 23 min şəxs “donuz qripi”nə qarşı peyvənd olunub
# 01 fevral 2010 12:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın paytaxtında 23 min şəxs, yəni peyvənd olunacaq şəxslərin 64 faizi AH1N1 virusuna (“donuz qripi”) qarşı peyvənd olunub. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, Sumqayıtda 4500, Abşeron rayonunda isə 500 nəfər “donuz qripi”nə qarşı peyvənd olunub.

V. Qasımov deyib ki, peyvəndləmə digər bölgələrdə də aparılır. Hələlik yalnız cənub bölgəsində peyvəndlənməyə başlanmayıb. Azərbaycan ərazisində peyvəndləmə fevralın ortalarında başa çatacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana “donuz qripi”nə qarşı 172 min doza peyvənd göndərib. Peyvəndin ilk partiyası - 90 min doza yanvarın 8-də, ikinci hissəsi - 82 min doza isə yanvarın 14-də ölkəyə gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR