Bank Of Baku

Xəzərdə fövqəladə hallarla bağlı protokol imzalanacaq

Xəzərdə fövqəladə hallarla bağlı protokol imzalanacaq
# 01 fevral 2010 12:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu ilin noyabrında Xəzərdə fövqəladə hallarla bağlı protokol imzalana bilər. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın Təbiət Nazirliyində Xəzərin dəniz mühitinin müdafiəsi üzrə çərçivə konvensiyasına (Tehran Konvensiyası) uyğun olaraq protokolların layihəsi üzərində məsləhətləşmələr aparılıb.

Azərbaycan, Rusiya, Türkmənistan, İran, Tehran Konvensiyasının müvəqqəti katibliyinin nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən məsləhətləşmələrdə transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi və dənizin neftlə çirklənməsi halında regional əməkdaşlıq, hazırlıq və reaksiya ilə bağlı protokolların layihəsi müzakirə olunub. Fövqəladə hallarla bağlı protokol tam razılaşdırılıb və Tehran Konvensiyasının 3-cü konfransı çərçivəsində imzalanmaq üçün Xəzəryanı ölkələrə ünvanlanıb. Konfrans bu ilin noyabrında Qazaxıstanda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR