Bank Of Baku

“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Gənclər Gününə həsr edilmiş “Gələcək Bizik” adlı tədbir keçirəcək

“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Gənclər Gününə həsr edilmiş “Gələcək Bizik” adlı tədbir keçirəcək
# 01 fevral 2010 13:32 (UTC +04:00)
Bakı-APA. Sabah Azərbaycan Media Mərkəzində “SOS Uşaq Kəndləri –Azərbaycan” Assosiasiyası Gənclər Gününə həsr edilmiş “Gələcək Bizik” adlı tədbir keçirəcək.
Assosiasiyadan APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd sosial statusundan asılı olmayaraq gənclərin mədəni həyatda, cəmiyyətin inkişafında rollarının artırılması, onlarda təşəbbüskarlığın təşviqi, yaradıcı təfəkkürün aşkar edilməsidir.
Tədbirdə qayğını tərk etmiş və ya tərk etməkdə olan gənclərin Şəbəkəsindən, SOS Uşaq Kəndlərinin Gənclər Evindən, SOS Uşaq Kəndlərinin “Ailələrə dəstək” adlı sosial layihəsindən və 257 saylı orta ümumtəhsil məktəbində təhsil alan 20-yə yaxın yeniyetmə gəncdən ibarət bir qrup “Gələcək bizik” şüarı altında çəkdikləri qısa videoçarxları təqdim edəcəklər. Tədbirdə həmin videomesajlar dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrin səfirləri, cəmiyyətdə uğur qazanmış gənclər, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının nümayəndələrindən ibarət qonaqlara nümayiş etdiriləcək.
Həmçinin tədbirdə “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının daha bir layihəsi –“Gənclər evi”nin təqdimatı da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR