Bank Of Baku

Gənc Vətənpərvərlər Birliyi 2 fevral Gənclər Günü ilə bağlı tədbir keçirib

Gənc Vətənpərvərlər Birliyi 2 fevral Gənclər Günü ilə bağlı tədbir  keçirib
# 01 fevral 2010 13:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Gənc Vətənpərvərlər Birliyi (GVB) 2 fevral - Gənclər gününə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə GVB-nin sədri Müqamət Əliyev Azərbaycanda gənclərin durumundan danışıb. Ölkədə gənc nəslə diqqət və qayğının göstərildiyini bildirən təşkilat rəhbəri gənc kadrların müxtəlif sahələrdə ön yerləri tutduğunu qeyd edib. O, 90-cı illərdən fərqli olaraq hazırda ölkədə gənclərin təşkilatlanmış şəkildə fəaliyyət göstərdiyini vurğulayıb. Müqamət Əliyev həmçinin bu gün Azərbaycandan kənarda dövləti yüksək səviyyədə təmsil edən, Azərbaycanın milli dəyərlərini, mədəni irsinin, Azərbaycan həqiqətlərini təbliğ edən gənclərin çox olduğunu və onlara rəhbərlik etdiyi təşkilatın hər zaman dəstək verməyə hazır olduğunu bildirib.

Tədbirdə Birliyin Gəncə şəhər yerli təşkilatın sədri Elçin Axundov, Yasamal rayon yerli şöbəsinin rəhbəri Azad Quliyev, birliyin şəbə müdiri Natiq Qaçayev, Hamlet Əlili və digərləri çıxış edib. Onlar da Azərbaycan gənclərinin bugünkü durumu ilə bağlı öz fikirlərini bildiriblər.

Qeyd edək ki, 2 Fevral Gənclər Günü ilə bağlı birliyin yanvarın 30-dan Azərbaycanın bir sıra bölgələrində başlayan tədbirlər fevralın 2-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR