Bank Of Baku

Ombudsman Gənclər Günü münasibətilə Liderlik Məktəbində tədbir keçirib

Ombudsman Gənclər Günü münasibətilə Liderlik Məktəbində  tədbir keçirib
# 01 fevral 2010 15:25 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Gənclər və İdman, Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, QHT və KİV təmsilçiləri, həmçinin Liderlik Məktəbinin üzvləri və valideynlər iştirak ediblər.
Müvəkkil ölkə gənclərinin dövlət quruculuğunda, respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsində fəal iştirak etdiyini, gənc nəslin hərtərəfli inkişafı, təhsili, intellektual səviyyəsinin yüksəldilməsi, vətənpərvərlik ruhunda yetişməsi, fiziki tərbiyəsi, məşğulluğu istiqamətində təsirli tədbirlər həyata keçirildiyini vurğulayıb.
Ölkə prezidenti İlham Əliyevin gənclər sahəsindəki siyasətini uğurla davam etdirdiyi, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində böyüyən nəslin, o cümlədən uşaqların və gənclərin təhsilinə, sağlamlığına, ahəngdar inkişafına yönəlmiş qayğı və diqqətin mühüm yer tutduğu qeyd olunub.

Gənclər və İdman Nazirliyinin şöbə rəisi F. Babayev, Təhsil Nazirliyinin şöbə müdiri A. İbrahimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı N. Quliyeva, Azərbaycan Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru A. Məmmədov və başqaları tədbirdə çıxış ediblər.

Tədbirdə “Evrika” İstedadlı Gənclərə Yardım İctimai Birliyinin nəşr etdiyi “Hamımızın bir vətəni var – Azərbaycan” kitabının təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR