Bank Of Baku

“Gənclik – gələcəyin səsi” adı altında silsilə tədbirlər keçiriləcək

“Gənclik – gələcəyin səsi” adı altında silsilə tədbirlər keçiriləcək
# 01 fevral 2010 15:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı və Sumqayıt şəhərlərində “2 fevral - Gənclər günü”nə həsr edilmiş “Gənclik – gələcəyin səsi” adı altında silsilə tədbirlər keçiriləcək. Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, “Gənclər günü” münasibətilə 2-4 fevral tarixlərində Bakı və Sumqayıtda gənc xanəndə və klassik musiqi ifaçılarının, uşaq-gənclər simfonik orkestrinin konsertlərinin keçirilməsi, Sumqayıt Dövlət Rəsm Qalereyasında və Bakıdakı V. Səmədova adına Sərgi Salonunda gənc rəssamların əsərlərindən ibarət sərgilərin təşkili nəzərdə tutulur. Fevralın 2-də Sumqayıt Dövlət Rəsm Qalereyasında gənc rəssamların əsərlərindən ibarət sərgi, Sumqayıt Dövlət Musiqili Dram Teatrında Dövlət Uşaq-Gənclər Simfonik Orkestrinin konserti, fevralın 3-də Sumqayıt Musiqili Dram Teatrında gənc muğam ifaçılarının konserti, fevralın 4-də isə Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbində klassik əsərlərdən ibarət konsert olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR