Bank Of Baku

“Nə? Harada? Nə zaman?” oyunu üzrə Qış Kuboku keçirilib

“Nə? Harada? Nə zaman?” oyunu üzrə Qış Kuboku keçirilib
# 01 fevral 2010 15:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Xəzər” İntellektual Gənclər Klubu və “İrəli” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə Qış Kuboku turniri keçirib. APA-nın məlumatına görə, turnirdə “Xəzər”, “Atəşgah”, “Ekselsior”, “Turan”, “İqtisadçı”, “SİM Klub” və “Maqnat” klublarını təmsil edən 30 komanda iştirak edib. Turnir 60 sualdan ibarət olub. Faiq Hüseynovun kapitan olduğu komanda 40 suala düzgün cavab verərək çempionatın ən yaxşı komandası adına layiq görülüb. İkinci yerə 32 suala düzgün cavab vermiş “Triumf” (kapitan Fərrux Hüseynov), üçüncü yerə isə Orxan Cəfərovun kapitanlıq etdiyi “KİPL” komandası layiq görülüb. Turnirin qalibləri mükafat və medallarla təltif olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR