Bank Of Baku

Qan Donorları Assosiasiyası növbəti qanvermə aksiyasını 02 fevral Gənclər gününə həsr edib

Qan Donorları Assosiasiyası növbəti qanvermə aksiyasını 02 fevral Gənclər gününə həsr edib
# 01 fevral 2010 22:42 (UTC +04:00)
Bakı-APA. Qan Donorları Assosiasiyası 2 fevral Gənclər günü münasibətilə növbəti qanvermə aksiyasını keçirib. Bu barədə APA-ya Assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

«Qan vermək yaşadır» şüarı adı altında keçirilən aksiyada irsi qan xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə təmənnasız toplanan qan bir neçə gün sonra xəstə uşaqların müalicəsi üçün istifadə olunacaq.

«Yalnız qan vermə ilə kifayətlənməməliyik. Bizim hər birimiz bu işdə dəvətçi olmalı və dostlarımızı, qohumlarımızı hətta ətrafımızda olan insanları belə bu xeyirxah addıma dəvət etməliyik». Bu sözləri Qan Donorları Assosiasiyası İdarə Heyətinin sədri Fuad Əsgərov qanvermə aksiyasında donorlarla görüşdə deyib.

Qan Donorları Assosiasiyasının qarşısına qoyduğu məqsəd respublikada könüllü, təmənnasız, daimi qan donorlarından ibarət milli donor şəbəkəsini yaratmaq və ölkə əhalisinin və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların qandan hazırlanan dərman preparatlarına olan tələbatının ödənilməsində Səhiyyə Nazirliyinə yardım edilməsidir.

Qan Donorları Assosiasiyası ölkə əhalisini keçirilən qanvermə aksiyalarına könüllü qatılmaqla övladlarımızın yaşaması üçün köməklik göstərməyə dəvət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR