Bank Of Baku

Nazir: Bu il Bakıda Avropa ölkələri idman nazirlərinin toplantısı keçiriləcək

Nazir: Bu il Bakıda Avropa ölkələri idman nazirlərinin toplantısı keçiriləcək
# 02 fevral 2010 08:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycanda Gənclə Günü qeyd olunur. APA-nın xəbərinə görə, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, nazirliyin əməkdaşları və bir sıra gənclər təşkilatlarının təmsilçiləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər.
Azad Rəhimov jurnalistlərə açıqlamasında son bir ildə Azərbaycan idmançılarının böyük uğurlara imza atdıqlarını deyib: “İnanıram ki, bu uğurlar bu il də davam etdiriləcək”.

Nazirliyin beynəlxalq təşkilatlarla yüksək səviyyədə qurulan əlaqələrindən danışan nazir hazırda Qırğızıstan və Küveytdən olan nümayəndə heyətlərinin Azərbaycanda səfərdə olduğunu deyib.

A. Rəhimov qeyd edib ki, 2005-ci ildə Azərbaycan idmançıları Olimpiya və qeyri-olimpiya idman növləri üzrə 213 medal qazanmışdısa, 2009-cu ildə bu rəqəm 619 olub. Bunun 174-ü Olimpiya idman növlərinə aiddir.

Nazir, həmçinin bu il ərzində Bakıda Avropa ölkələri idman nazirlərinin toplantısının baş tutacağını deyib: “Bu bizim üçün böyük hadisədir”.

Onun sözlərinə görə, bu il Göyçay, Ağdaş, Balakən, Tovuz rayonlarında Olimpiya İdman Kompleksləri, Mingəçevirdə Kür Avarçəkmə Kompleksi istifadəyə veriləcək.
Bu il Hovuz Kompleksinin də təməli qoyulacaq.

Qeyd edək ki, bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclər Günü ilə bağlı dəyirmi masa keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR