Bank Of Baku

“Naxçıvanın Arxeoloji Proyekti” hazırlanıb

“Naxçıvanın Arxeoloji Proyekti” hazırlanıb
# 02 fevral 2010 08:08 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev – APA. Naxçıvan Muxtar Respublikası ərazisində olan arxeoloji abidələrdə aparılan tədqiqat işlərinin nəticələrini əhatə edən yeni internet saytı hazırlanıb. AMEA Naxçıvan bölməsinin informasiya şöbəsindən APA-ya verilən məlumata görə, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Səfər Aşurov və ABŞ-ın Pensilvaniya Universitetinin professoru Lauren Risvetin birgə hazırladıqları sayt “Naxçıvanın Arxeoloji Proyekti” (www. oglanqala.net ) adı altında ictimaiyyətin ixtiyarına verilib.

Saytda II Kültəpə və I Maxta Kültəpəsinin Erkən Tunc (Kür-Araz) təbəqəsində aparılan tədqiqatlar, Dəmir dövrünə aid Oğlanqala yaşayış yerində 2006-2009-cu ildə aparılan qazıntılar haqqında məlumatlar yerləşdirilib. İllüstrativ materialların da yer aldığı saytda Naxçıvanın arxeoloji abidələri haqqında yeni məlumatlar verilir, Naxçıvanın və Qədim Şərqin qədim tarixinin bir sıra məqamları işıqlandırılır. Sayt Azərbaycan, ingilis və rus dillərində təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR