Bank Of Baku

“Gənc liderlər üçün Qış Universiteti” adlı layihəyə start verilib

“Gənc liderlər üçün Qış Universiteti” adlı layihəyə start verilib
# 02 fevral 2010 08:24 (UTC +04:00)
Bakı. İbad Bağırov-APA. Bu gün “İRƏLİ” İctimai Birliyinin təşəbbüsü ilə “Gənc liderlər üçün Qış Universiteti” adlı layihəyə start verilib. APA-nın xəbərinə görə, bu münasibətlə gənclər və idman naziri Azad Rəhimov, “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, 100-dən çox gənc Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
Ceyhun Osmanlı jurnalistlərə açıqlamasında bildirib ki, “Gənc liderlər üçün Qış Universiteti” Oğuz rayonunda 10 gün davam edəcək. Onun sözlərinə görə, bu müddətdə layihədə iştirak edəcək gənclərlə dövlət xadimlərinin, nazirlərin, millət vəkillərinin, xarici ölkələrdən Azərbaycana gələn nümayəndə heyətlərinin görüşləri təşkil olunacaq.
Layihə iştirakçısı olan gənclər ətraf rayonlarla da tanış olacaqlar.
C. Osmanlı layihəyə 600 gənc arasından 100 iştirakçı seçildiyini deyib.
Bundan öncə həyata keçirilən “Gənc liderlər üçün Yay Universiteti” layihəsinin uğurla başa çatdığını bildirən C. Osmanlı bu ənənəni davam etdirmək qərarına gəldiklərini söyləyib.

Qeyd edək ki, layihə çərçivəsində 100 nəfər gənc lider üçün natiqlik, liderlik, idarəetmə, biznes, informasiya texnologiyalarının önəmi, xarici siyasət, qanunvericilik, Azərbaycanda yeni dövrün prioritetləri, siyasi fəlsəfə, siyasi antropologiya, demokratikləşmə, Azərbaycanda gənclər siyasəti, vətəndaş cəmiyyəti, KİV sektorunda müasir tendensiyalar, Azərbaycançılıq fəlsəfəsi ilə bağlı mühazirələr keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR