Bank Of Baku

Gənclər günü münasibətilə dəyirmi masa keçirilib

Gənclər günü münasibətilə dəyirmi masa keçirilib
# 02 fevral 2010 09:34 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Gənclər və İdman Nazirliyi Gənclər günü münasibətilə dəyirmi masa keçirib. APA-nın xəbərinə görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev bu il gənclər siyasəti sahəsində bir çox tədbir həyata keçiriləcəyini deyib. O bildirib ki, bu layihələrin həyata keçirilməsində əsas məqsəd gənclərin dünyagörüşünün, intellektinin artırılması, eyni zamanda onların vətəndaş kimi formalaşmasına xidmət etməkdir. İ. Babayev tədbirlərdə gənclər siyasəti sahəsində bu günə qədər əldə olunan nailiyyətlərin, qarşıda duran vəzifələrin müzakirə olunacağını deyib.

Dəyirmi masa iştirakçıları Azərbaycanda gənclərin ictimai-siyasi, sosial-mədəni həyatda oynadığı roldan danışıblar, gəncləri ictimai həyatda daha fəal iştirak etməyə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR