Bank Of Baku

Moldovada gündüz vaxtı spirtli içkilərin reklamı qadağan edilib

Moldovada gündüz vaxtı spirtli içkilərin reklamı qadağan edilib
# 02 fevral 2010 09:56 (UTC +04:00)
Bakı – APA-Economics. Moldovanın Televiziya və Radio üzrə Koordinasiya Şurası gündüz vaxtı tele və radio kanallarda spirtli içkilərin reklamının qadağan olunması haqda qərar qəbul edib.

APA-Economics”in “İTAR-TASS”a istinadən məlumatına görə, bununla da alkoqol məhsullarının reklamı saat 6:00-dan 22:00-a qədər qadağan edilib.

Qadağa bu məhsulların istənilən növ reklamına, o cümlədən spirtli içki istehsalçılarının loqotiplərinə də şamil olunur. Bundan başqa, Koordinasiya Şurasının qərarı ilə alkoqol məhsullarının reklam rolikləri yazılı və səsli şəkildə “Alkoqoldan həddən artıq istifadə Sizin sağlamlığınıza ciddi zərər vurur” xəbərdarlığı ilə müşayiət olunmalıdır. Reklama azyaşlıları cəlb etmək də qadağan olunur.

Qeyd edək ki, analoji qadağa artıq tütün məhsullarına tətbiq edilib. Tütün şirkətlərinə öz loqotiplərini yalnız siqaret aksessuarlarında yerləşdirməyə icazə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR