Bank Of Baku

“Gənclər: imkanlar, nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib - FOTO

“Gənclər: imkanlar, nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib - <font color=red>FOTO</font>
# 02 fevral 2010 09:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər: imkanlar, nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin üzvü Fuad Muradov Azərbaycan gənclərinin dünyaya uğurla inteqrasiya olunduğunu, gənclərin öz fəaliyyətlərində daim dövlətin dəstəyini hiss etdiklərini deyib. O bildirib ki, Azərbaycan gəncliyi ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prezident İlham Əliyevin səylərini alqışlayır: “Biz əminik ki, Azərbaycan gəncləri dünya gəncliyinə nümunə olacaq, hər zaman yeni uğurlara imza atacaq”.

Milli Məclisin sədr müavini Bahar Muradova isə bəyan edib ki, Azərbaycan gəncliyi beynəlxalq arenada özünə layiqli yer tutur: “Bu, bizi çox sevindirir. Maksimim səylər göstərməliyik ki, bu təmsilçilik imkanları daha da artsın. Bizim gənclərin çox böyük potensialı var. Hərdən bugünkü gəncliyə həsədlə baxıram. Onların imkanlar çox genişdir” .

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə gənclərin maraqlarına cavab verən qanunvericilik bazasının mövcud olduğunu, gənclərin vətəndaş cəmiyyətinin qurulmasında fəal iştirak etdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR