Bank Of Baku

“SOS Uşaq Kəndləri” Azərbaycan Assosiasiyası “Gələcək Bizik” adlı tədbir keçirib

“SOS Uşaq Kəndləri” Azərbaycan Assosiasiyası “Gələcək Bizik” adlı tədbir keçirib
# 02 fevral 2010 12:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “SOS Uşaq Kəndləri” Azərbaycan Assosiasiyası 2 Fevral Gənclər Gününə həsr olunmuş “Gələcək Bizik” adlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən assosiasiyanın milli direktoru Gülarə Hümbətova bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən müxtəlif layihələr həyata keçirilir. “Gələcək bizik” layihəsinin həyata keçirilməsində isə məqsəd sosial statusundan asılı olmayaraq, gənclərin mədəni həyatda, cəmiyyətin inkişafında rollarının artırılması, onlarda təşəbbüskarlığın təşviqidir.

Assosiasiyanın təmsilçisi Viktoriya Mustafayeva bildirib ki, qurum “Pley-bass” layihəsi həyata keçirir ki, burada da əsas məqsəd uşaqların inteqrasiyasına nail olmaqdır.

“Gənclər Evi” layihəsinin rəhbəri Lamiyə Abdullayeva isə bu layihə barədə məlumat verib. Onun sözlərinə görə, “SOS Uşaq Kəndləri”ndə qayğı modeli 4 mərhələlidir. Uşaqların yetkinlik yaşına kimi “SOS Uşaq Kəndləri”ndə, yetkinlik yaşından sonra Gənclər Evində, 4 ildən sonra Yarımmüstəqil Yaşayış Proqramında və daha sonra Müstəqil Həyat Proqramında uşaqlara qayğı göstərilir. L. Abdullayevanın sözlərinə görə, sonrakı üç mərhələdə yalnız “SOS Uşaq Kəndləri”nə böyümüş uşaqlar qəbul oluna bilər.

Tədbirdə “SOS Uşaq Kəndləri” “Gənclər Evi”nin “Mən Oxumaq İstəyirəm”, Qayğını tərk edən və tərk etməkdə olan gənclər şəbəkəsinin “Gənclərin güvənc körpüsü haqqında”, 275 saylı orta məktəbin “Gənc millətin gənc düşüncələri”, “Ailələrə dəstək” layihəsi gənclərinin “Gələcəyimiz öz əlimizdədir” adlı hazırladıqları video çarxların təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR