Bank Of Baku

Daşkəsəndəki hərbi hissədə baş vermiş faciə ilə bağlı dəyirmi masa keçirilib

Daşkəsəndəki hərbi hissədə baş vermiş faciə ilə bağlı dəyirmi masa keçirilib
# 02 fevral 2010 13:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyi yanvarın 28-də Daşkəsəndəki “N” saylı hərbi hissədə baş verən hadisə ilə bağlı dəyirmi masa keçirib. APA-nın məlumata görə, birliyin sədri Emin Həsənli deyib ki, bu hadisə faciə olmaqla yanaşı, həm də cinayətdir. O bildirib ki, müdafiə nazirinin müavini Çingiz Məmmədov başda olmaqla, nazirliyin idarə rəisi, Şəmkir hərbi birləşməsinin komandiri və müavinləri, həmçinin istintaq qrupu hadisə yerində araşdırma aparıb.

E. Həsənli bəyan edib ki, Qarabağ danışıqlarının intensiv xarakter aldığı, Ali Baş Komandanın və bütün ictimaiyyətin Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasa, hərbi yolla həll olunacağını vurğuladığı bir vaxtda orduda baş verən bu faciəvi hadisə siyasiləşdirilməməlidir: “Uğurlarımıza kölgə salınmağa cəhd göstərilməməlidir. Belə hadisələr dünyanın inkişaf etmiş ordularında da olur. Məsələn, ABŞ-da keçən il bir hərbi hissədə 1 nəfər 13 nəfəri güllələyib. Yaxud keçən il Rusiya ordusunda 265 ölüm faktı qeydə alınıb”.

Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, general Dadaş Rzayev isə xatırladıb ki, sovet ordusunun ən güclü vaxtlarında, 1972-ci ildə Pribaltika Hərbi Dairəsində 2 əsgər 6 əsgəri və 2 zabiti güllələyib.

Milli Məclisin deputatları Həvva Məmmədova, Aydın Həsənov da orduya hörmətlə yanaşmağı, təsadüfi hadisələri qarayaxma kampaniyasına çevirməməyi, əsgərlərin vətənpərvərlik hissini yüksəltməyə çalışmağın zəruriliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR