Bank Of Baku

TQDK-da “ABŞ təhsilinə ümumi baxış” mövzusunda təqdimat keçirilib - FOTO

TQDK-da “ABŞ təhsilinə ümumi baxış” mövzusunda təqdimat keçirilib - <font color=red>FOTO</font>
# 02 fevral 2010 13:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan Diplomatik Akademiyasının tələbə qəbulu üzrə direktoru Cennis Ostin “ABŞ təhsilinə ümumi baxış” mövzusunda təqdimat keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə TQDK sədri Məleykə Abbaszadə, komissiyanın əməkdaşları və ekspertləri iştirak ediblər. C. Ostin məruzəsində ABŞ-ın təhsil sistemi, o cümlədən bu ölkədə ali məktəblərin müxtəlif pillələrinə qəbul proseduraları barədə geniş məlumat verib. Onun sözlərinə görə, ABŞ-da 132 mindən artıq ibtidai və orta məktəb, 6500-ə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir. 2007-ci ildə bu ölkədə 15,6 milyon nəfər bakalavr təhsilinə, 2,3 milyon magistraturaya, 357 min nəfər isə peşə təhsilinə qəbul olunub. Yaxın gələcəkdə qəbul olanların sayının daha da artırılması nəzərdə tutulub.

C. Ostin ABŞ-da abituriyentlərin ali təhsil almaq imkanları, müraciət prosesi, tələbə qəbulu modelləri və seçim proseduraları barədə də ətraflı məlumat verib. Ekspert məruzəsinin sonunda Azərbaycanda çalışdığı müddətdə ali və orta ixtisas məktəblərinə qəbul qaydaları ilə tanış olduğunu və TQDK tərəfindən tətbiq edilən qəbul modelini yüksək qiymətləndirdiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR