Bank Of Baku

Ötən il Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində 10 806 fiziki şəxs qeydiyyata alınıb

Ötən il Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində 10 806 fiziki şəxs qeydiyyata alınıb
# 02 fevral 2010 13:51 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Ötən il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sumqayıt şəhər şöbəsində 3 481 müəssisə və təşkilat, 10 806 fiziki şəxs qeydiyyata alınıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda DSMF Sumqayıt şəhər şöbəsində 49 031 nəfər əmək pensiyaçısı qeydiyyatdadır. Pensiyaçıların ümumi sayından 32 728 nəfəri yaşa görə, 13 258 nəfəri əlilliyə görə, 2 594 nəfəri ailə başçısını itirməyinə görə pensiya alır.

Şöbədə qeydiyyatda olan pensiyaçılara ödənilən pensiyanın bir nəfərə düşən orta aylıq məbləği 106,93 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR