Bank Of Baku

Ötən il Sumqayıtda 4804 ailəyə ünvanlı sosial yardım təyin edilib

Ötən il Sumqayıtda 4804 ailəyə ünvanlı sosial yardım təyin edilib
# 03 fevral 2010 07:43 (UTC +04:00)
Sumqayıt – APA-Economics. Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2009-cu il ərzində 176 nəfərə ümumi əlilliyə görə sosial müavinət, 100 nəfərə isə ailə başçısını itirdiyinə görə pensiya təyin edilib.

APA-Economics”in məlumatına görə, 48 nəfər Qarabağ və əsgər ailələrinə də müxtəlif müavinətlər təyin olunub.

Ötən il ərzində 4804 ailəyə ünvanlı sosial yardım təyin edilib. Təyinat aparılmış ailədən 318-i və ya 6,7%-i 9 rayondan Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkün ailəsi, 93-ü ailə başçısını itirmiş ailə, 216-sı və ya 4,5%-i tək anaların ailəsi, 485 ailə və ya 10%-i şəhid, müharibə əlili, Çernobıl qəzasının ləğvində iştirak etmiş və əlil, həmçinin digər səbəblərdən əlil olmuş ailələrdir. O cümlədən təyinat aparılmış 4804 ailədən 912-si yataqxanalarda yaşayan ailələrdir. 276 ailənin ailə üzvləri 6 nəfərdən çox olanlardır. Mərkəz tərəfindən 804 nəfər tənha-ahıl vətəndaşlara xidmət göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR