Bank Of Baku

Azərbaycanın gənclər və idman naziri Qırğızıstan nümayəndə heyətini qəbul edib

Azərbaycanın gənclər və idman naziri Qırğızıstan nümayəndə heyətini qəbul edib
# 03 fevral 2010 09:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Qırğızıstanın Əmək, Məşğulluq və Miqrasiya Nazirliyinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirib. APA-nın məlumatına görə, A. Rəhimov bildirib ki, Azərbaycanla Qırğızıstan arasında əlaqələr möhkəmlənir və bu proses gənclər və idman sahəsində də özünü göstərir. Nazir ümumilikdə türkdilli ölkələr arasında gənclər siyasəti sahəsində əməkdaşlıq qurulduğunu, bunun rəsmi şəkildə həyata keçirildiyini söyləyib. O, Azərbaycanda Qırğızıstan arasında gənclər və idman sahəsində imzalanması nəzərdə tutulan Memorandumun da böyük əhəmiyyət kəsb etdiyini deyib.

Qırğızıstan əmək, məşğulluq və miqrasiya nazirinin müavini Nuriyla Doldoşeva isə Memorandumun ilkin layihəsinin hazırlandığını və bunun Azərbaycan tərəfi ilə müzakirə ediləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR