Bank Of Baku

“Gənc liderlər üçün Qış Universiteti”nin açılışı olub

“Gənc liderlər üçün Qış Universiteti”nin açılışı olub
# 03 fevral 2010 09:25 (UTC +04:00)
Bakı. İbad Bağırov - APA. Gənclər və İdman Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Oğuz rayonunda “Gənc liderlər üçün Qış Universiteti”nin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılışda çıxış edən Oğuz rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov gənclərin bu cür tədbirlərdə iştirakının əhəmiyyətini vurğulayıb. “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı isə bildirib ki, belə tədbirlər gənclərdə bölgələr haqqında düzgün dünyagörüşün formalaşdırılmasına imkan yaradır. Qış Universitetinin əhəmiyyətindən danışan C. Osmanlı deyib ki, gənclər buraya fəallığına, bilik və bacarıqlarına görə seçilib. Millət vəkili Eyvaz Qurbanov çıxışında gənclərə uğurlar arzulayıb və onları Gənclər günü münasibətilə təbrik edib.

Sonra A. Əlihüseynov və E. Qurbanov Qış Universiteti iştirakçılarının suallarını cavablandırıb. Tədbir qruplar şəklində davam etdirilib.

Qeyd edək ki, Oğuzdakı “Afra” otelində təşkil olunan və fevralın 10-na qədər davam edəcək Qış Universitetinə müxtəlif qurum və təşkilatları, sosial təbəqələri təmsil edən 100 gənc qatılıb. Gənclər “Uğur”, “Tərəqqi”, “Etimad” və “İnkişaf” adlı qruplara bölünərək gənc liderlər üçün natiqlik, liderlik, idarəetmə, biznes, informasiya texnologiyalarının önəmi, xarici siyasət, qanunvericilik, Azərbaycanda yeni dövrün prioritetləri, siyasi fəlsəfə, siyasi antropologiya, demokratikləşmə, Azərbaycanda gənclər siyasəti, vətəndaş cəmiyyəti, KİV sektorunda müasir tendensiyalar, azərbaycançılıq fəlsəfəsi ilə bağlı müzakirələr aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR