Bank Of Baku

Küveytli qonaqlar Gənclər və İdman Nazirliyində qəbul edilib

Küveytli qonaqlar Gənclər və İdman Nazirliyində qəbul edilib
# 03 fevral 2010 09:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda səfərdə olan Küveytin “LoYAC – Lothan Achievement Center” təşkilatının nümayəndə heyəti Gənclər və İdman Nazirliyində qəbul edilib. APA-nın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın gənclər siyasəti barədə danışıb. Azərbaycanda 170 gənclər təşkilatının fəaliyyət göstərdiyini bildirən A. Rəhimov, nazirliyin onların hər biri ilə əməkdaşlıq etdiyini vurğulayıb. Nazir gənclər təşkilatlarının və tələblərin layihələrinin nazirlik tərəfindən maliyyələşdirildiyini də söyləyib.

LoYAC təşkilatının sədri Fərəh Əlsəqqaf isə rəhbərlik etdiyi təşkilat barədə məlumat verib və bildirib ki, qurum 6 yaşdan 30 yaşa kimi insanlarla işləyir, yay aylarında tələbələr üçün təcrübələr həyata keçirilir. O, Azərbaycanın əməkdaşlıq üçün əlverişli ölkələrdən biri olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR